İstifadə qaydaları

Azlove sosial şəbəkəsinin istifadə qaydaları

Azlove portalından istifadə zamanı aşağıdakı tələblərə əməl olunmalıdır:

1. Davranış və Ünsiyyət

1.1 Portaldan istifadə zamanı (şəxsi profil və digər açıq bölmələr) nalayiq sözlərin və təhqir xarakterli ifadələrin qeyd edilməsi yolverilməzdir.
1.2 Rəy bölmələrində nalayiq ifadələrdən istifadə qadağandır. Qayda pozulduğu təqdirdə istifadəçi haqqında lazımi tədbirlər görülür.

2. Ciddi Qadağalar

Aşağıdakı bəndlər pozularsa, istifadəçi xəbərdarlıqsız uzaqlaşdırılır:

2.1 Siyasi çıxışlar, dini və irqi təbliğat məqsədli paylaşımlar.
2.2 Milli mentalitetimizə və dəyərlərimizə zidd olan hər hansı fəaliyyət.

3. Profil Şərtləri

3.1 Yeni profillər nəzərdən keçirilir və qayda pozuntusu olduqda xəbərdarlıq göndərilir.
3.2 Profil şəklində və məlumatlarında reklam xarakterli məlumat yerləşdirilə bilməz. Belə şəkillər xəbərdarlıqsız silinir.
3.3 18+ xarakterli profillərin açılması və bu tipli məlumatların/şəkillərin yerləşdirilməsi qəti qadağandır.
3.4 Digər şəxslərin adından saxta (fake) profillərin açılması yolverilməzdir.